Kanadada fırtına: 8 nəfər öldü
23 May 2022 11:06 DünyaOlaylar.az xəbər verir ki, Kanadanın Ontario və Kvebek əyalətlərində baş verən fırtınada 8 nəfər həlak olub, elektrik naqillərinin zədələnməsi nəticəsində yüz minlərlə ev işıqsız qalıb.Bu barədə Ontario Əyalət Polisindən verilən açıqlamada deyilir. Kvebek əyalət polisi həmçinin Masson-Angers yaxınlığında Ottava çayında batmış qayıqda bir qadının öldüyünü də vurğulayıb.
Yüz minlərlə ev işıqsız qalıb, yıxılan ağaclar yolları bağlayıb.Təkcə paytaxt Ottavada fırtınada 200 elektrik dirəyinin yıxıldığı, şəhərdə təxminən 178 min evə elektrik verilmədiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31