Bərə yandı: 7 nəfər öldü

Olaylar.az xəbər verir ki, Filippində, Luzon adasında bərənin yanması nəticəsində  7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb. Məlumata görə, "Mercraft 2" bərəsində 124 sərnişini Polillo adasından Quezon əyalətinə aparan zaman baş vermiş yanğın nəticəsində 7 nəfər həlak olub, 100-ə yaxın insan xilas edilib. Sağ qalanların axtarışları hələ də davam edir.

Bərədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 134 nəfər olub.

Sahil Mühafizəsi tərəfindən yayımlanan şəkillərdə bərə tamamilə alov içində qalarkən içindən qalın qara tüstü buludlarının qalxması, digər bərə ekipajlarının onları xilas edərkən suda xilasedici jiletlər geyindikləri görülüb.

Mənbə: Sana

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31