İran prezidenti SEPAH komandirinin qisasını alacaqlarına söz verdi
23 May 2022 11:01 Dünyaİran hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qətlə yetirilən polkovniki Həsən Sayad Xodayarinin qisasını alacaq.
Olaylar.az xəbər verir ki, TASS bu barədə İran prezidenti İbrahim Rəisiyə istinadən məlumat yayıb.
"Polkovnik Sayad Xodayarinin şəhadəti ilə bağlı başsağlığı verirəm. Təhlükəsizlik qüvvələri ciddi araşdırma aparacaq və şübhəsiz ki, biz bu qəhrəmana görə cinayətkarlardan qisas alacağıq", - Rəisi söz verib.
SEPAH komandirlərindən olan Xudayari mayın 22-də qətlə yetirilib. O, Tehranda evinin qarşısında hücuma məruz qalıb. Motosikletli şəxslər beş dəfə atəş açaraq hadisə yerindən qaçıblar. SEPAH baş verənləri terror aktı adlandırıb.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31