Filippində 100-dən çox sərnişini olan gəmidə yanğın: Ölənlər var - FOTO/VİDEO

Filippinin Kezon əyalətində Real limanına gedən "Roro Mercraft" sərnişin gəmisi yanıb.

Bu barədə Filippin Sahil Mühafizəsindən bildirilib.

Məlumata görə, faciə nəticəsində beşi qadın olmaqla azı yeddi nəfər həlak olub, altı nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Müxtəlif mənbələrə görə, göyərtədə 142 sərnişin olub.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

CNN Philippines

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31