Avstraliyanın yeni baş naziri məlum olub - FOTO

Olaylar.az bildirir ki, Avstraliyada federal parlament seçkilərində qalib gələn İşçi Partiyasının lideri Antoni Albaneze səslərin hesablanmasına görə avtomatik olaraq ölkənin yeni, 31-ci baş naziri olub.

59 yaşlı siyasi lider əvvəllər əsasən müxalifətdə olub. 26 illik siyasi karyerasında o, 2007-ci ildə leyboristlər qısa müddətə hakimiyyətə gələndə altı il Avstraliya hökumətində çalışıb. Sonra o, infrastruktur və nəqliyyat naziri olub. 2013-cü ildə isə Albaneze baş nazirin müavini təyin edilib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31