Hindistanda daşqın fəlakəti - Ölənlər və itkin düşənlər var

Hindistan şimal-şərqində yerləşən Assam ştatında bir həftəyə yaxın yağan aramsız leysanın səbəb olduğu daşqınlarda ölənlərin sayı 14 nəfərə çatıb, 7 nəfər itkin düşüb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə ştatın təbii fəlakətlərlə mübarizə idarəsi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən Assam ştatının 29 dairəsində 700 min sakin ziyan çəkib. Həmçinin 2,2 min kənd su altında qalıb. Xilasetmə əməliyyatına Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub. Bir çox yaşayış məntəqələrinə yerüstü yolla getmək mümkün deyil. İnsanlar çadır düşərgələrə təxliyə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31