"Bu gün o, heç vaxt olmadığı qədər lazımdır" - Zelenski
21 May 2022 20:12 Dünya"Ukraynanın dətəklənməsinə əlavə yardım haqqında qanunu imzaladığı üçün ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edirəm".
Olaylar.az "Report"a istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə tviter səhifəsində ABŞ Prezidenti Cozef Baydenin 40 milyard dollarlıq yardımla bağlı layihəni imzaladığı üçün ünvanladığı təşəkkürdə bildirib.
O qeyd edib ki, Rusiyaya qarşı mübarizədə ABŞ-ın liderliyi, Prezident Bayden və Amerkia xalqının Ukraynanı dəstəkləməsi çox vacibdir:
"Yeni güclü müdafiə yardımı gözləyirik. Bu gün o, heç vaxt olmadığı qədər lazımdır".
Xatırladaq ki, mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31