"Biz razılaşırıq ki, müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır" - Yens Stoltenberq
21 May 2022 18:58 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti müzakirə edilib.
NATO Baş katibi Yens Stoltenberq isə "Twitter"də telefon danışığına dair paylaşım edib.
"Dəyərli müttəfiqimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun "açıq qapı" siyasətinin əhəmiyyəti və Finlandiya və İsveç tərəfindən üzvlük müraciətləri haqqında danışdıq. Biz razılaşırıq ki, bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalı və həll yolu tapmaq üçün danışıqlar davam etdirilməlidir", - Stoltenberq bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31