ABŞ Avropada hərbçilərinin sayını 100 minə çatdırıb –CNN
21 May 2022 13:15 DünyaABŞ yaxın gələcəkdə Avropada yeni hərbi bazalar yerləşdirə, hərbçilərinin sayını artıra bilər.
Olaylar.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl bölgədə 60 minə yaxın ABŞ hərbçisi var idi, indi onların sayı 100 minə çatdırılıb: "Təhlükəsizlik vəziyyətində dəyişiklik olarsa, ABŞ Avropada yeni bazalar yerləşdirə, qoşunların sayını artıra bilər".
CNN bildirir ki, ABŞ bu planları NATO ölkələrinin silahlı qüvvələrinin baş komandanlarının Brüsseldə keçirilən görüşündən sonra nəzərdən keçirməyə başlayıb.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31