Daha bir ölkədə meymun çiçəyi virusu aşkarlandı
20 May 2022 23:47 DünyaNiderlandda meymun çiçəyi virusuna yoluxma faktı aşkarlanıb.
Olaylar.az "report"a istinadən bildirir ki, bu barədə Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.
İnstitut yoluxmaların sayının artacağını gözləyir və gələn həftənin əvvəlində yeni infeksiyalar haqqında məlumat təqdim edəcək.
Son günlərdə dünyada "Meymun çiçəyi" virusu kəskin şəkildə yayılır. Artıq Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya və İspaniya bu virusa yoluxma ilə bağlı rəsmi məlumatlar veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31