"Azovstal" ərazisi tam təmizlənib - Rusiya Müdafiə Nazirliyi

"Azovstal" poladəritmə zavodunun ərazisi tam təmizlənib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31