Xarkovda Mədəniyyət evi bombalandı
20 May 2022 22:03 DünyaRusiya hərbçiləri Xarkov vilayətinin Lozova şəhərinin mərkəzinə raket zərbəsi endiriblər.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində biri uşaq olmaqla 7 nəfər yaralanıb.
Raket şəhərin mərkəzində yerləşən mədəniyyət evinə düşüb.
Xarkov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülüb və dağıntılar təmizlənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31