Cenevrə hava limanı yaxınlığında yanğın baş verib
20 May 2022 22:00 Dünyaİsveçrənin Cenevrə hava limanı yaxınlığında yanğın baş verib.
Olaylar.az bildirir ki, hadisə hava limanının uçuş zolağı yaxınlığında qeydə alınıb. Yanğınla əlaqədar bütün uçuşlar və enişlər dayandırılıb.
Hadisə yerindən görüntülər sosial şəbəkədə yayılıb. Videoda yerdən qara tüstü qalxdığı görünür.
Sosial şəbəkələrdə yazıblar ki, yanğın sığınacaq axtaran şəxslərin qəbulu binasında baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31