Britaniya Türkiyəyə qarşı qadağanı ləğv edib

Böyük Britaniya Türkiyəyə hərbi sənaye məhsullarının ixrac qadağasını ləğv edib.

Olaylar.az bildirir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir deyib.

Qeyd edək ki, Böyük Britaniya 2019-cu ildə Türkiyəyə silah və digər hərbi sənaye məhsullarının ixracına lisenziya verilməsini dayandırmışdı.

Bu qərar Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlarla əlaqədar qəbul edilmişdi.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31