"Sanksiyalar Qərbin özünə qarşı bumeranqdır” - Mixail Mişustin
20 May 2022 20:19 Dünya"Anti-Rusiya sanksiyaları legitim deyil və Qərbin özünə qarşı bumeranqdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya baş naziri Mixail Mişustin MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında deyib. Mişustin qeyd edib ki, indiki şəraitdə MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Baş nazir məhsul və xidmətlərin istehsalının artırılmasına, texnoloji və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə, həmçinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına çağırıb. Mişustin həmçinin MDB ölkələrinin liderlərini sanksiyalara qarşı birgə mübarizə aparmağa çağırıb.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31