Dollar 60 rubldan aşağı düşüb

Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, sabah üçün hesablaşmalar üzrə dolların məzənnəsi Moskva vaxtı ilə saat 10:34-də 2,1 rubl azalaraq 59,8 rubl, avro isə 2,5 rubl azalaraq 61,9 rubl təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31