Mariupolda humanitar vəziyyət pisləşir - Britaniya kəşfiyyatı
6 Aprel 2022 14:00 DünyaUkraynanın cənubunda yerləşən Mariupol şəhərində humanitar vəziyyət pisləşir. Bu barədə Böyük Britaniya Müdafiə nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.Bildirilib ki, mühasirədə saxlanılan şəhərdə ağır döyüşlər və aviasiya zərbələri davam edib.
Vurğulanıb ki, şəhərdə qalan 160 min sakin işıqsız, dərmansız, istilik və susuz, kommunikasiyasız qalıb.
Qeyd olunub ki, Rusiya qüvvələri ehtimal ki, müdafiəçilərin təslim olmasına təzyiq göstərmək məqsədi ilə şəhərə humanitar yardımın çatdırılmasına mane olur.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31