Avstriya kansleri Kiyevə səfər edəcək

Avstriya kansleri Karl Nexammer yaxın günlərdə Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Avstriya hökumətindən bildirilib.
Məlumata görə, təhlükəsizliklə əlaqədar səfərin tarixi açıqlanmır.
Vurğulanıb ki, Karl Nexammer Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Avstriya tərəfi deyib ki, səfərdə məqsəd Ukraynaya humanitar və siyasi dəstək verməkdir.
Məlumata görə, Avstriya Ukraynaya 17,5 milyon avro ayırıb, xilasedicilər üçün 10 min kaska və 9 100 zirehli jilet göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31