ABŞ Zelenskinin xahişini yerinə yetirməyə qərar verdi
17 Mart 2022 12:01 DünyaBu qərar Rusiya- ABŞ qarşıdurmasına çevrilməyəcəkmi?
Rusiya - Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Prezidenti Zelenski Amerika Birləşmiş Ştatları və onun NATO üzrə Avropadakı müttəfiqlərinə öz təhlükəsizliklərini təmin etməklə bağlı müxtəlif müraciətlər etmişdi. Onun Ukraynanın NATO-ya qəbul edilməsi, Avropa İttifaqına namizəd kimi təsdiq olunması, Ukrayna hava məkanının uçuşa qadağan zona elan edilməsi və nəhayət Polşanın ayırdığı qırıcı təyyarələrin Ukraynaya verilməsi kimi xahişləri müxtəlif səbəblər göstərilərək rədd edilmişdi. Hər şeydən əli üzülən Ukrayna Prezidenti çarəni Amerika Birləşmiş Ştatları və NATO ölkələrinin dövlət başçılarına deyil, birbaşa xalqlarına üz tutmaqda gördü. Onun Böyük Britaniya, Kanada, Avropa, ABŞ-da yaşayan əhaliyə birbaşa müraciəti öz təsirini göstərdi. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Zelenskinin Amerika senatında çıxışından dərhal sonra ABŞ Prezident Bayden nəhayət Ukraynaya silah baxımdan ciddi dəstək vermək haqqında qərar qəbul etdiyini bildirdi: "O, Ağ Evdə çıxışı zamanı Rusiya aqressiyasına qarşı dayanmaq məqsədilə Ukraynaya havadan müdafiə sistemləri verməyi qərara aldığını elan etdi."Zelenskinin xahişini nəzərə alaraq biz uzaq mənzilli havadan müdafiə sistemləri və onlara hərbi sursat verəcəyik"-deyə o bəyan edib. Bu zaman söhbətin hansı silah növündən getdiyini aydınlaşdırmayıb. O, eyni zamanda Ukraynaya 800 milyon dollar əlavə yardım ayrıldığını bildirib. Amerika Birləşmiş Ştatları Prezidenti Baydenin Ukraynaya məhz indi və yalnız havadan müdafiə sistemləri göndərməsi birmənalı qarşılanmayıb. Təbii ki, Baydenin nəhayət Ukraynanın müdafiəsi üçün ciddi hesab olunacaq addım atması təqdirəlayiq hesab olunur. Amma bu addım daha əvvəl, Ukraynanın Kiyev də daxil olmaqla böyük şəhərləri Rus raketlərinin atəşi altında yerlə bir edilməmişdən qabaq atıla bilməzdimi? Bu Zelenskinin az qala vəziyyətin bu həddə çatmasında Amerikanı günahlandırmağa başladığı vaxtda baş verdi. Bəlkə Amerikada artıq Zelenskinin son xahişləri olduğunu anlamağa başladılar".
Maraqlıdır, Amerika Prezidenti Ukraynada vəziyyətin böhran həddinə yaxınlaşdığı zaman əl uzatması bu müharibənin daha uzanaraq İran-İraq müharibəsinə çevrilməsi məqsədindən xəbər vermirmi? Elə o zaman da Amerika Birləşmiş Ştatları və onun NATO üzrə müttəfiqləri gah İran, gah da İraqın yanında yer tutaraq müharibəni hər iki ölkənin əldən düşməsinə qədər uzatmadılarmı? Politoloq bildirib ki, bu müharibədə Amerika və NATO-çular Rusiyanın deyil, Ukraynanın yanında olduqlarını bəyan edirlər: "Onlar Ukraynaya hər cür kömək etməyə hazır olduqlarını bildirirlər. Amma, eyni zamanda Ukrayna üçün ayrılmış qırıcı təyyarələrin sərhədin o biri tərəfinə keçirilməsində tərəddüd edirlər və hesab edirlər ki, bu Rusiya-NATO qarşıdurmasına gətirib çıxara bilər. Bəs indi Amerikanın Ukraynanı uzaq mənzilli havadan müdafiə sistemləri ilə təchiz etməsi Rusiya- ABŞ qarşıdurmasına çevrilməyəcəkmi? İran-İraq müharibəsinin ssenarisi yeni işə slınıb deyəsən Bəlkə də belə deyil. Amma səhnə tərtibatı çox tanış gəlir".
Alim