Qətl törədən yeniyetmə saxlanılıb
8 Fevral 2022 13:35 DünyaGürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda 2005-ci il təvəllüdlü A.M. adlı şəxs saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxs qəsdən adam öldürməkdə ittiham olunur.
İstintaqla müəyyən olunub ki, 17 yaşlı yeniyetmə Marneuli şəhərində mübahisə zəminində 1992-ci il təvəllüdlü A.İ. adlı şəxsi bıçaqla ölümcül yaralayaraq hadisə yerindən qaçıb. Polis onu "isti izlər"lə yaxalayıb və soyuq silah maddi sübut kimi müsadirə edilib.
Saxlanılan şəxsi günahı sübuta yetiriləcəyi halda 7 ildən 15 ilədək həbs cəzası gözləyir.
Faktla bağlı istinaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31