Cem Yılmazın evi yandı - Fotolar
7 Mart 2021 19:34 DünyaMəşhur komediya ustası Cem Yılmazın Leventdə yerləşən evi yanıb.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktyorun mənzilinin zirzəmisində olan generatorda naqillərdən biri alışaraq yanıb. Daha sonra alovun əhatə dairəsi genişlənib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Onlar qısa zamanda alovun qarşısını ala biliblər.
Jurnalistlərə müsahibə verən aktyor, bədbəxt hadisə yaşanan zamanı evdə olduğunu bildirib:
"Yanğın baş verən zaman evdə idim. Həmin dəqiqə yanğınsöndürənləri çağırdıq. Çox şükür ki, alovun qarşısı alındı. Hazırda evdə kimsə yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31