Koronavirusa yoluxma sayı dünya miqyasında 73 milyonu keçib
15 Dekabr 2020 11:12 DünyaDünyada Covid-19-a yoluxanların sayı 73 milyonu keçib
Olaylar.az xəbər verir ki, "Worldometers" veb saytına görə, Çinin Vuhan şəhərində ortaya çıxan və dünya miqyasında yayılan epidemiyaya yoluxanların sayı 73 milyon 79 min 242-ə yüksəlib.
Bu statistika üzrə birinci yerdə 16 milyon 870 min 28 nəfər ilə ABŞ-dır.
Hindistan 9 milyon 906 min 484, Braziliya 6 milyon 927 min 145, Rusiya 2 milyon 681 min 256, Fransa 2 milyon 379 min 915, İngiltərə 1 milyon 869 min 666, Türkiyə 1 milyon 866 min 345, 1 milyon 855 min 737 İtaliya, 1 milyon 762 min 36 İspaniya, 1 milyon 498 min 160 Argentina, 1 milyon 425 min 774 Kolumbiya və 1 milyon 357 min 141 nəfərlə Almaniya saytda yer alıb.
Bugünədək koronavirusdan ölənlərin sayı dünya miqyasında 1 milyon 625 min 904 dür. 51 milyon 153 min 298 insan isə virusdan sağalıb.
Gülər Seymurqızı
Olaylar.az