Ərdoğanın başlatdığı kampaniyaya böyük dəstək

Türkiyədə koronavirus epidemiyası çərçivəsində "Biz bizə yetərik, Türkiyəm" şüarı ilə Milli Həmrəylik Kampaniyası başladılıb.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən başladılan "Biz bizə yetərik, Türkiyəm" yardım kampaniyasına böyük dəstək gəlib. Kampaniyaya siyasətçilər, iş adamları və bir çox ictimai xadim qatılıb.

Kampaniya çərçivəsində 5 aylıq maaşını fonda ianə edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, "Çətin günlərdən keçirik. Birlik və həmrəylik içində, bir-birimizə sahib çıxaraq bu çətin günləri geridə qoyacağıq, inşallah. Biz birlikdə Türkiyəyik, birlikdə güclüyük. Epidemiyaya qarşı mübarizəmizdən də birlikdə qalib çıxacağıq", - deyə əlavə edib.

Kampaniyaya dəstək verənlər arasında MHP sədrlət Baxçalı da var. Şəntop kimi 5 aylıq maaşını ianə edən Baxçalı kampaniyaya dəstək verməyə çağırıb.

"Mən bu ağır günləri həmrəylik hisslərini təşviq etməklə və yardımlaşma hissini hərəkətə keçirməklə dəf edəcəyimizə ürəkdən inanıram. Bir-birimizə yardım əli uzatsaq, çətin vəziyyətdə olanlara dəstək versək həm insani, həm də islami məsuliyyətlərimizi yerinə yetirmiş olarıq",- deyə Baxçalı əlavə edib.

Kampaniyaya hakim Ədalət ve İnkişaf Partiyasından da (AKP) büyük dəstək var.

AKP sədrinin vəkili Numan Kurtulmuş ve partiya sədrinin müavinləri Mahir Ünal ilə Həmzə Dağ 3 aylıq maaşlarını, digər müavin Mehmet Özhaseki isə 5 aylıq maaşını kampaniyaya ianə edib. Həmçinin çox sayda AKP millət vəkili və rayon təşkilatlarının sədrləri də kampaniyaya dəstək veriblər.

Kampaniyaya, eyni zamanda iş adamları ve elm adamlarından da böyük dəstək gəlib.

lli Həmrəylik Kampaniyasında ianə edilə biləcək hesab nömrələri:

- T.C. Ziraat Bankası AŞ Ankara Kamu Kurumsal Şubesi-1745 - IBAN: TR 65 0001 0017 4503 2156 2050 21

- T.C. Ziraat Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi - IBAN: TR 22 0020 9000 0014 3597 0000 45

- Türkiye Vakıflar Bankası TAO Kolej Şubesi - IBAN: TR 55 0001 5001 5800 7310 2018 04

- Türkiye Vakıf Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi - IBAN: TR 45 0021 0000 0003 4994 7000 01

- Türkiye Halk Bankası AŞ Bakanlıklar Şubesi - IBAN: TR 34 0001 2009 4080 0005 0002 30

Kampaniyanın təfərrüatları barədə Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyindən məlumat almaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31