Yoluxma sutkada 482 nəfəri ötdü
30 Mart 2020 13:04 Dünyaİsraildə koronavirusa yoluxanların sayı son gündə 482 nəfər artıb.
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.
Ölkə üzrə koronavirusa yoluxanların sayı 80-nin vəziyyəti ağır olmaqla 4 347 nəfərə çatıb. 543 pasiyent xəstəxanaya yerləşdirilib, 2 107 xəstə ev şəraitində müalicə olunur, 586 nəfər isə həkim və xüsusi tibbi avadanlıqla təchiz edilmiş mehmanxanada müayinə edilir.
İsraildə 15 nəfərin infeksiyadan öldüyü qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31