Şimali Afrika ölkəsi Mərakeşdə 17 aylıq körpə koronavirusdan ölüb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, körpənin vəfatından əvvəl edilən test nəticəsinin müsbət olduğu və anasının ölkənin şərqindəki Vecde Universiteti Xəstəxanasında karantində saxlanıldığı bildirilib.
Xatırladaq ki, dünən ABŞ-da dünya üzrə ilk dəfə bir yaşından balaca körpə Covid-19 səbəbiylə ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31