Otağı təmizləyərkən 7 kiloqram qızıl pul tapdılar - Foto
Otağı təmizləyərkən 7 kiloqram qızıl pul tapdılar - Foto
20 Dekabr 2019 12:55 DünyaTürkiyənin Şanlıurfa şəhərində 5 ulduzlu otelin otaqlarından birində 7 kiloqram tarixi qızıl tapılıb.
Olaylar.az xəbər verir ki, oteldə işləyən xadimələr otaqda təmizlik apararkən şkafın üstündə gizlədilmiş tarixi pul dolu torba aşkarlayıblar. Xadimələr pulu tapdıqdan sonra dərhal otel rəhbərliyinə məlumat veriblər. Rəhbərlik də pulların sahibini tapa bilmədikləri üçün polisə zəng vurublar. Polisin araşdırması nəticəsində pulların sayının 2280 ədəd olduğu müəyyənləşib. Bundan başqa, həmin qızıl pulların 1926-cı ildə Britaniya Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxıldı bəlli olub.

azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31