Prezident iqamətgahında təhdid edildi – İran barmağı

Prezident iqamətgahında təhdid edildi – İran barmağı

İraq Prezidenti Bəhram Salih iqamətgahında dronlarla təhdid olunub.

Olaylar.az  xəbər verir ki, Bəhram Salih iqamətgahında olduğu zaman kim tərəfindən havaya qaldırıldığı bəlli olmayan iki dron dövlət başçısının olduğu ərazidə uçuşlar aparıb.

Yerli mətbuatın iddiasına görə, prezidentin iqamətgahına dron qaldıranlar İrana yaxın Şiə Fəth Koalisiyasının baş nazirliyə namizədi Kusay əl-Süheyleyə hökumət qurmaq təklifinin edilməsi üçün həyata keçirilən əməliyyatdır.

Qeyd edək ki, İraq parlamentində 154 deputatı olan Fəth Koalisiyası hazırda təhsil naziri olan Kusay əl-Süheylini baş nazirliyə namizəd kimi irəli sürüb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31