ABŞ F-16-ları müasir radarlarla təchiz edir
ABŞ F-16-ları müasir radarlarla təchiz edir
20 Dekabr 2019 12:02 DünyaABŞ ordusu 372 ədəd "F-16 Fighting Falkon" qırıcı təyyarəsini aktiv fazalaşdırılmış antena qəfəsli ən son radiolokasiya stansiyaları ilə təchiz edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb.
"Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları üçün 372 ədəd radiolokasiya stansiyası istehsalının təmin edilməsi məqsədilə "Northrop Grumman" şirkəti ilə 1,008 milyard dollar dəyərində müqavilə imzalanıb. Anlaşmaya əsasən, işlər 2027-ci ilin mayına qədər tamamlanmalıdır", - deyə bildirilib.
Qeyd edək ki, ABŞ HHQ bu tipli 790 təyyarəyə sahibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31