Qısqandığı üçün arvadını nişan üzüyünü udmağa məcbur etdi
QISQANDIĞI ÜÇÜN ARVADINI NİŞAN ÜZÜYÜNÜ UDMAĞA MƏCBUR ETDİ
20 Dekabr 2019 12:00 DünyaBöyük Britaniyanın Qempşir qraflığında bir şəxs arvadını nişan üzüyünü udmağa məcbur edib.
"The Sun"ın məlumatına görə, 28 yaşlı Şon Dayson 30 yaşlı arvadını qısqandığı üçün uşağının gözü qarşısında nişan üzüyünü udmağa məcbur edərək döyərək öldürüb.
Buna səbəb doqquz il evli olduğu arvadı Lüsi Raştona yeni sevgilisinin zəng etməsi olub.
Onlar ilin əvvəlində ayrılmağa qərar versələr də, uşaqlarını birgə böyütmək üçün eyni evdə yaşayıblar.
Sonradan Dayson təcili yardıma zəng etsə də, artıq Raşton ölmüş olub.
Əvvəl o günahını boynuna almasa da, sonradan etdiyi əməli etiraf edib.
Sabah məhkəmə onun barəsində hökm çıxaracaq.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31