Ermənistanda kütləvi həbslər başladı- ŞOK OLAY

Qorxunc cinayət: Kütləvi həbslər başladı - Ermənistanı şoka salan olay

Ermənistan Reproduktiv Sağlamlıq, Perinatologiya, Doğum və Ginekologiya İnstitutunun direktoru Razmik Abramyana qarşı cinayət işi açılıb.

Olaylar.az  xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Harutyunyan açıqlama verib.

Harutyunyan bildirib ki, müstəntiq məhkəməyə Abramyana qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təqdim edib.

Razmik Abramyan Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə uşaq alverində, uşaqların valideynlərindən qanunsuz alınması və ya uşaqların qanunsuz dəyişdirilməsi, habelə rüşvət almada ittiham olunur.

Dekabrın 18-də məsələ ilə əlaqədar dörd şübhəli tutulub: Razmik Abramyan, onun müavini Arşak Jerjeryan və İrəvan Uşaq Evi təşkilatının direktoru Liana Karapetyan.

İlkin araşdırmaya görə, Abramyan və adamları yeni doğulmuş uşaqları qanunsuz olaraq valideynlərindən alıblar və valideynlərə uşaqların doğuş zamanı öldükləri bildirilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31