Moskvada ətrafdakılara atəş açan şəxsin kimliyi müəyyənləşdi
Moskvada ətrafdakılara atəş açan şəxsin kimliyi müəyyənləşdi
20 Dekabr 2019 11:31 DünyaRusiyanın paytaxtı Moskvada, Federal Təhlükəsizlik Xidmətinə aid bina yaxınlığında atəş açan şəxsin kimliyi müəyyənləşib.
Silahlının 39 yaşlı Moskva sakini Yevgeni Manyurov olduğu aydınlaşıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən silahlı şəxsin açdığı atəş nəticəsində Federal Təhlükəsizlik Xidmətinin 1 əməkdaşı həlak olub, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri mülki şəxsdir.
Bir sıra yerli KİV orqanları hadisə zamanı 3 nəfərin həlak olması barədə məlumat yayıblar. Qeyd edilir ki, onların hər 3-ü Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Lakin bu məlumat hələlik təsdiqlənməyib.
Silahlı əməliyyat zamanı öldürülüb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31