Kəşfiyyatçı İranın planını deşifrə etdi: “Son nümayişlər zamanı...”

Kəşfiyyatçı İranın planını deşifrə etdi: “Son nümayişlər zamanı...”

"İranda daxili təhlükəsizlik siyasəti getdikcə Şimali Koreyanı xatırladır".

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Norman Roul deyib.

Roulun sözlərinə görə, ABŞ-ın İran iqtisadiyyatına ciddi ziyan vuran sanksiyalarına baxmayaraq, onun rejimi təhlükəsizliyə çoxlu miqdarda vəsait ayırmağa hazırdır:

"İran hökuməti və özəl şirkətlər internetdən cəmiyyəti təcrid etmək üçün lazım olan texnologiyalara təxminən 400 milyon dollar sərmayə qoyub. Son nümayişlər zamanı rejim yalnız buna güvəndi. İran liderləri çinlilərə bənzər ayrı bir yerli internet sisteminin yaradılmasını müzakirə edir".

Norman Roul 2017-ci ilin sentyabrında CIA-dan təqaüdə çıxıb. Son vəzifəsi CIA direktorunun ofisində İran şöbəsinin rəhbəri olub.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31