Şotlandiya ikinci dəfə müstəqillik referendumu keçirəcək
Şotlandiya ikinci dəfə müstəqillik referendumu keçirəcək
19 Dekabr 2019 16:51 DünyaŞotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Sturgeon müstəqilik referendumu ilə bağlı Londona rəsmi sorğu göndərib.
Nikola Sturgeon daha əvvəl verdiyi açıqlamalarında bildirib ki, referendumla bağlı məsələni həll olunmuş sayır və onun keçirilməsi üçün ilin sonuna kimi sorğu göndərəcəklər. Referendumun 2020-ci ildə keçirilməsi nəzərdə tutulur.
O əlavə edib ki, Şotlandiya hakimiyyəti İngiltərə hökumətindən referendum səlahiyyətlərinin Şotlandiya qanunverici hakimiyyətinin ixtiyarına verilməsini xahiş edəcəklər.
"Bu mandat bütün demokratik normalara cavab verir. Sənəddə referendumun 2020-ci ildə keçiriləcəyi təsdiqini tapıb və Şotlandiya, İngiltərə, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib", - birinci nazir N.Sturgeon deyib.
oxu.az