Batumi İrəvana satılır? – Tiflisdən cavab
Batumi İrəvana satılır? – Tiflisdən cavab
19 Dekabr 2019 15:31 DünyaGürcüstan İqtisadiyyat Nazirliyi Batumi limanının Ermənistana satılması barədə informasiyanı təkzib edib.
Bu barədə məlumatı nazirliyin mətbuat xidməti yayıb.
"Ermənistan KİV-lərinin yaydığı məlumat həqiqəti əks etdirmir. Batumi limanı 49 il müddətinə "Batumi neftterminal" şirkətinin idarəçiliyinə verilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Batumi limanının Ermənistana satılacağı ilə bağlı informasiya yayılmışdı. Məlumatda limanın 600 milyon dollara satışa çıxarıldığı bildirilmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31