Ermənistanda redaksiyaya basqın edildi
Ermənistanda redaksiyaya basqın edildi
19 Dekabr 2019 14:44 DünyaDekabrın 19-na keçən gecə naməlum şəxslər Ermənistanın aparıcı qəzetlərindən biri olan "Joxovurd"un (Xalq) redaksiyasına basqın ediblər.
Bu barədə nəşrin baş redaktoru Knar Manukyan məlumat yayıb.
"Burda hər şeyi alt-üst ediblər, mənim kabinetim qarma-qarışıqdır. Sanki naməlum şəxslər burda nə isə axtarıblar. Mən nə axtardıqlarını bilmirəm, ancaq bu qarət məqsədli bir basqın deyil, çünki bütün qiymətli əşyalar öz yerindədir", - deyə o bildirib.
Hazırda bir neçə yerli sayt qəzet redaksiyasından canlı yayım edir, hadisə yerində polis işçiləri çalışır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31