Ərdoğandan DOLLARA ZƏRBƏ: müsəlman dövlətləri ilə birgə...

Ərdoğandan DOLLARA ZƏRBƏ: müsəlman dövlətləri ilə birgə...

"İslam dünyasının maliyyə məsələsini gündəmə gətirmək lazımdır".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kuala-Lumpur Liderlər Zirvəsində deyib.

"Ticarət müharibələrinin müzakirə edildiyi dövrdə milli valyutalarla mübadilə təcili olmalıdır. Bu mövzuda sizlə işləməyə hazırıq. Xarici valyutalarla ticarət yerinə milli valyutalarla alış-verişin əhəmiyyətinə diqqət çəkirik", - Ərdoğan bildirib.

Türk lider qeyd edib ki, müsəlman ölkələri son dərəcə gənc və dinamik əhaliyə sahibdir: "Ancaq bəşəri sərmayəni hərəkətə keçirəcək təhsil məsələsində ciddi problemlərimiz var. Oxuma-yazma və qız uşaqlarının təhsilə cəlb olunması məsələsində dünya standartlarından aşağıdayıq".

Qeyd edək ki, Türkiyə, Rusiya və Çinlə birlikdə dolların qlobal bazarda hegemonluğuna son qoymaq üçün milli valyutalarla ticarət edə bilmək üzərində işlər aparır.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31