Acı bibərin uzunömürlülüyə təsiri aşkar edilib

Acı bibərin uzunömürlülüyə təsiri aşkar edilib

İtaliyanın Aralıq dənizi Nevrologiya İnstitutunun alimləri çili bibərindən mütəmadi istifadənin ömrün uzadılmasıyla yanaşı, vaxtından əvvəl ölüm riskini də 23 faizədək azaltdığını müəyyən ediblər.

22,811 nəfərin iştirak etdiyi səkkiz il boyunca davam edən tədqiqat müddətində alimlər iştirakçıların sağlamlıq vəziyyətini nəzarətdə saxlayıblar. Mütəxəssislər mütəmadi olaraq qırmızı acı bibərdən istifadənin (həftədə dörd dəfədən çox) insanların ürək tutmasından vəfat etmək ehtimalını 40 faizədək azaltdığını müəyyənləşdiriblər. Bu zaman beyin qan dövranı pozğunluğu səbəbiylə yaranan ölüm riski səviyyəsi də əhəmiyyətli dərəcədə aşağı enib.

Hazırda alimlər qırmızı çili bibərinə acılıq verən alkoloid-kapsaisin maddəsinin biokimyəvi mexanizmlərini müəyyənləşdirmək üçün tədqiqat işlərini davam etdirməyi planlaşdırır. Məlum olduğu kimi, bu maddə hüceyrələrin mitoxondriyasına təsir etməklə bədxassəli hüceyrələrin ölümünə səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31