“Sizi bilmirəm, mən çox əylənirəm” – Tramp Konqresi ələ saldı

“Sizi bilmirəm, mən çox əylənirəm” – Tramp Konqresi ələ saldı

"Sizi bilmirəm, amma mən çox əylənirəm. Həqiqətən impiçment edilmişəm kimi hiss olunmur. Elə deyil?"

Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında impiçment edilməsinə münasibət bildirən Prezident Donald Tramp deyib.

Amerika prezidenti baş verənlərə görə Demokratlar Partiyasını ittiham edib:

"Bu qanunsuz impiçment prosesi Demokratlar Partiyasının siyasi intiharıdır. Onların hər biri impiçment edilməlidir.

Sizi bilmirəm, amma mən çox əylənirəm. Həqiqətən impiçment edilmişəm kimi hiss olunmur. Elə deyil? Bu ölkə əvvəlkindən də yaxşı vəziyyətdədir, heç bir səhv etmədik. İndiyədək olmadığı qədər dəstək alırıq".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31