Yunanıstan silahlanmağa başladı – 3 ölkə ilə silah alveri

Yunanıstan silahlanmağa başladı – 3 ölkə ilə silah alveri

Yunanıstan Türkiyə ilə Liviya arasında imzalanan dəniz sərhədləri ilə bağlı razılaşmadan sonra bir tərəfdən Ankaranı beynəlxalq münasibətlərdən təcrid etmək, digər tərəfdən isə ordusunu silahlandırmaq məqsədilə hərəkətə keçib.

Olaylar.az  xəbər verir ki, rəsmi Afina ilk mərhələdə ABŞ-dan 3, İsraildən isə 2 silahlanmış pilotsuz uçuş aparatı (SPUA) alacaq.

Afina bütün hərbi gəmilərinə dronlar yerləşdirmək niyyətini də açıqlayıb. Hərbi hava qüvvələrindəki 85 ədəd F-16 qırıcıları isə 1,5 milyard dollara moderinizə edilərək viper modelinə çatdırılacaq.

Bu addımları nəzərdə tutan qərar Yunanıstan parlamentindən keçib. Yunanıstan hərbi donanması üçün Fransadan iki ədəd hərbi gəmi almağı da planlaşdırır.

Qeyri-rəsmi xəbərlərə görə, Yunanıstan Türkiyə-Liviya anlaşmasından sonra müdafiə planlarına da bəzi dəyişikliklə edəcək.

Xatırladaq ki, artıq Türkiyə tərəfi Şimali Kiprdə ilk dəfə PUA bazası qurub və artıq SPUA-larını burada yerləşdirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31