General gülüş hədəfinə çevrildi: Türk topu...
General gülüş hədəfinə çevrildi: Türk topu...
19 Dekabr 2019 12:39 DünyaFeldmarşal Haftarın sözçüsü, general Mismari türk topu haqqındakı fikirləri ilə biabırçı vəziyyətə düşüb.
Olaylar.az xatırladır ki, Liviyanın bir hissəsinə nəzarət edən və beynəlxalq səviyyədə tanınan Liviya milli barış hökumətinə qarşı hücumlar təşkil edən feldmarşal Haftar paytaxt Tripoliyə həmlələrini davam etdirir.
Feldmarşalın sözçüsü, general Mismarinin telekanallarından birinə müsahibəsi dünyada gülüşlə qarşılanıb:
Aparıcı: Tripoliyə niyə daxil ola bilmirsiniz, problem nədir?
Mismari: Türk zabitlərin istifadəsində olan bir top var. O, şəhərə girməyimizi əngəlləyir.
Aparıcı: Yəni təkcə bir topmu sizi dayandırır?
Mismari: Mən insanlara vəziyyəti normal formada çatdırmaq istədim.
Aparıcı: Tamam, anladım, bu top sizə çox zülm eləyib.