“Edam ediləcəyimi televiziyadan öyrəndim” – Keçmiş prezident

“Edam ediləcəyimi televiziyadan öyrəndim” – Keçmiş prezident

"Bu məhkəmə məndən intiqam almaq üçün quruldu".

Olaylar.az  xəbər verir ki, bunu edam cəzasına məhkum edilmiş Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf deyib.

Müşərrəf barəsində edam cəzası verildiyini televiziyadan öyrəndiyini bildirib: "Kiməsə özünün və vəkilinin müdafiə edilməsinə icazənin verilməməsi intiqamdır".

Müşərrəf öz müdafiəsini video əlaqə vasitəsilə qurmaq istədiyini, amma buna da icazənin verilmədiyini, haqlarının tanınmadığını vurğulayıb: "Bu, şəxsi intiqamdır. Belə bir məhkəməyə ehtiyac yox idi. Bu məhkəməni məndən intiqam almaq istəyən yüksək vəzifəli şəxslər öz səlahiyyətlərindən sui-istifadə edərək qurdu".

Ordu və xalqa onu dəstəklədiyi üçün təşəkkür edən Müşərrəf qeyd edib:

"Qərarımı vəkillərimlə görüşdükdən sonra açıqlayacağam. Hüququn üstünlüyünə və Pakistan məhkəməsinin ədalətinə inanıram".

Pərviz Müşərrəf Konstitusiyanı pozmaq və vətənə xəyanətdə ittiham olunaraq, edam cəzasına məhkum edilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31