Ərdoğandan Davudoğlunun partiyasına – Sərt cavab

Ərdoğandan Davudoğlunun partiyasına – Sərt cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq baş nazir Əhməd Davudoğlunun qurduğu "Gələcək" partiyası barədə ilk dəfə danışıb.

Ərdoğan buna oxşar prosesi bundan öncə də yaşadıqlarını deyib.

"Biz belə şeylərə baş qoşmuruq, görəcəyimiz çox iş var, diqqətimizi onlara yönəldirik. AKP çinar ağacıdır, bilirsiniz, yarpaqlar payız mövsümündə tökülür. Bizim xəzan mövsümümüz yoxdur, yolumuza davam edirik. Qərargahımıza gələndə çinarlarımızın yarpaqlarını tökdüyünü, amma 4-5 ay sonra yenə yaşıllaşdığını görəcəksiniz. Düşən yarpaq bir daha yerinə qayıtmır. Biz bundan qatardan düşənlər kimi bəhs etmişdik. Dostlarıma həmişə deyirəm ki, əsla gündəmimizdə olmamalıdır, hamı öz yolunda! Biz onsuzda yola davam edirik", - deyə Türkiyə prezidenti İsveçrədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31