5 keçidən 555 min dollar qazandılar
5 keçidən 555 min dollar qazandılar
18 Dekabr 2019 17:46 DünyaPakistan bu il 5 yaban burmabuynuzlu keçi ovundan 555 min dollar qazanıb.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, bu il 5 amerikalı ovçu məhz burmabuynuzlu keçi ovu üçün 100 min dollardan çox dəyəri olan lisenziya alıb.
Pakistanın milli simvollarından olan burmabuynuzlu keçiyə görə ölkədə 1 il üçün sadəcə 12 icazə kağızı olur. Bu lisenziyalardan əldə edilən gəlirlərin 80%-i lisenziya verilən bölgələrin rifahı üçün xərclənir.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin hesabatına görə, dünya miqyasında burmabuynuzlu keçi sayı 10 minə yaxındır. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31