Conson nazirlərə Davosa getməyi qadağan etdi
Conson nazirlərə Davosa getməyi qadağan etdi
18 Dekabr 2019 17:35 DünyaBöyük Britaniyanın Baş Naziri Boris Conson nazirlərə 2020-ci il yanvarın 21-dən 24-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyi qadağan edib.
Baş Nazirin fikrincə, nazirlər Davosda iştirak etməkdənsə, ingilis prioritetlərinə diqqət yetirməli, partiyanın mövqeyini seçicilər arasında gücləndirməlidirlər.
Nəşr qeyd edir ki, Consonun özü də Davosa qatılmağa hazırlaşmır.
Bildirilir ki, B. Conson Nazirlər Kabinetinin seçkilərdən sonra, ötən həftə baş tutan ilk iclasında nazirlərdən "xalq hökuməti"ni yaratmaq üçün 24 saat işləməyi tələb edib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31