Keyt Midlton verilişdə şahzadə ərini pərt etdi
KEYT MİDLTON VERİLİŞDƏ ŞAHZƏDƏ ƏRİNİ PƏRT ETDİ
18 Dekabr 2019 17:17 DünyaBritaniya şahzadəsi Uilyamın xanımı Keyt Midlton hərəkəti ilə hamını şok edib.
Yeni il şənliyinə hazırlıqla bağlı proqramda Keyt həyat yoldaşının ona toxunmasına icazə verməyib.
Bu hadisə dünya mətbuatında geniş müzakirəyə səbəb olub. Belə ki, Uilyam ailəsi, uşaqları haqqında danışarkən Keytin çiyninə toxumaq istəyib. Amma Keyt həyat yoldaşının əlini itələyib.
Bu hərəkət dünya mətbuatının diqqət mərkəzindədir və müxtəlif səbəblərinin ola biləcəyi bildirilib. Bir çoxları Keytin protokola, bəziləri isə onun qıdıqlandığına və cütlüyün arasının yaxşı olmadığına görə bu addımı atdığını qeyd edib. Amma indiyə kimi krallıqdan məsələ ilə bağlı açıqlama verilməyib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


