Tehran-Madrid gərginliyi: İspan generalın təyyarəsi...

Tehran-Madrid gərginliyi: İspan generalın təyyarəsi...

İran İspaniya Silahlı Qüvvələrinin baş qərargah rəisi Alexandre Martinesin təyyarəsinin Kabildən havalanaraq ölkə hava məkanından keçməsinə uzun müddət mane olub.

Bu məlumatı "El Mundo" yayıb. Məlumata görə, Martinesin təyyarəsinə İran ərazisindən keçməyə izn olmasına rəğmən, maneə yaradılıb. Maneəyə əsas səbəb kimi generalın təyyarəsinin hərbi xarakterli olması göstərilib.

Tərəflər arasında aparılan danışıqlar uzun müddət sonra öz bəhrəsini verib və baş qərargah rəisi İran üzərindən keçərək, geri dönə bilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31