Trampın mövqeyi Ermənistanda qıcıq doğurub

Trampın mövqeyi Ermənistanda qıcıq doğurub

Dövlət Departamenti bildirir ki, Trampın Erməni Soyqırımı məsələsi ilə bağlı mövqeyi dəyişməyib. Olaylar.az xəbər verir ki, Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumatda ABŞ Prezident Administrasiyasının Senatın erməni soyqırımının tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirdiyi öz əksini tapıb.

Ermənistana məxsus mətbuat səhifələri qondarma soyqırımla bağlı Trampın mövqeyinin dəyişməməsindən yazır və bundan qıcıqlandıqları da göz qabağındadır.

Dövlət Departamentinin saytında bildirilib ki, idarənin mövqeyi dəyişməyib və mövqeləri prezidentin bu ilin aprel ayında bu məsələ ilə bağlı verdiyi açıqlamada öz əksini tapıb.

Qeyd olunur ki, 24 aprel 2019-cu ildə ABŞ Prezidenti Donald Trump etdiyi şərhdə 1915-ci il faciəsini "soyqırımı" termini istifadə etməkdən çəkinərək xarakterizə edib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31