"Putini Çubaysla Kudrin tapdı, mən isə Yeltsinə təklif etdim" - Eks-prezidentin kürəkəni
"Putini Çubaysla Kudrin tapdı, mən isə Yeltsinə təklif etdim" - Eks-prezidentin kürəkəni
18 Dekabr 2019 14:53 DünyaPutini mən yox, Anatoli Çubays və o zaman Prezident Administrasiyasının Baş Nəzarət İdarəsinin rəisi Aleksey Kudrin tapıb.

Anatoli Çubays

Aleksey Kudrin
Bunu Rusiyanın eks-prezidenti Boris Yeltsinin müşaviri və kürəkəni Valentin Yumaşev deyib.

Valentin Yumaşev
"Bu, Çubays və Kudrinin hakimiyyətdən getdiyi, mənimsə administrasiya rəhbəri olduğum an idi. Mən öz seçimimi Putin üzərində saxladım. Ona görə ki, o, həmkarlarım arasında mənə ən güclü fiqur kimi görünürdü. Bu təklifi Boris Yeltsinə etdim", - deyə o bildirib.
Qeyd edək ki, Anatoli Çubays hazırda "Rosnano" müəssisəsinin baş direktoru, iqtisad elmləri doktoru Aleksey Kudrin isə Rusiya Federasiyasının Hesablama Palatasının sədri vəzifəsində çalışır.
AzNews.az