Körfəz ölkələrinin Türkiyə qorxusu: İmran Xana şok müraciət

Körfəz ölkələrinin Türkiyə qorxusu: İmran Xana şok müraciət

Pakistan mətbuatı baş nazir İmran Xanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdən sonra Kuala Lumpur Sammitinə getməkdən imtina etdiyini yazıb.

İslam mədəniyyətinin yenidən dirçəlməsini hədəfləyən və dekabrın 18-dən 21-dək Malaziyanın paytaxtında planlaşdırılan sammit başda Birləşmiş Ərəb Əmirlikləri olmaqla Səudiyyə Ərəbistanı və Bəhreyni narahat edib.

Üç ölkənin narahatlığını Pakistana çatdırdığı bildirilir. Pakistanın "Today" qəzeti hökumətdəki mənbələrə istinadla Səudiyyə şahzadəsi ilə görüşdən dərhal sonra İmran Xanın Kuala Lumpur zirvə görüşünə qatılmaqdan imtina etdiyini yazıb. Məlumata görə, baş naziri tədbirdə xarici işlər naziri Mahmud Qureyşi əvəzləyəcək.

Yazıda Məhəmməd bin Salmanın sammiti İslam Əməkdaşlıq Təşkilatına alternativ gördüyü, Ər-Riyad və Körfəz ölkələrinin İslam dünyasındakı mövqeyinin zəifləməsindən narahat olduğu qeyd edilib. Bu səbəbdən şahzadə öz narahatlığını İmran Xana bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed də oxşar müraciətlə çıxış edib.

BƏƏ və Səudiyyənin ortağı Bəhreyn də eyni mövqeni bölüşüb, Bəhreyn Kralı Həməd bin İsa əl-Xəlifə də İmran Xana narahatlığını ifadə edib.

Nəşr Ər-Riyad və Əbu Dabinin regional rəqib gördükləri Türkiyə, Qətər və İranın Kuala Lumpur zirvəsində iştirakından çəkindiklərini yazıb. Belə ki, sammit uğurla başa çatarsa, hər iki dövlət ərəb ictimaiyyətində mərkəzi mövqeyini itirməkdən qorxur.

Teleqraf.com

Türkiyədə bələdiyyə sədrlərinə terror ittihamı – Qərar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31