Tacikistan-Qırğızıstan sərhədində toqquşma – 200 nəfəri çətinliklə ayırdılar

Tacikistan-Qırğızıstan sərhədində toqquşma – 200 nəfəri çətinliklə ayırdılar

Tacikistan-Qırğızıstan sərhədində 200 nəfərin iştirakı ilə münaqişə baş verib.

Bu barədə "RİA Novosti" Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu gün səhər saat 09:30-da Kok-Taş kəndində Qırğızıstan və Tacikistan vətəndaşları arasında mübahisə oldu. Daha sonra Qırğızıstanın 80-ə yaxın, Tacikistanın isə 100 vətəndaşı bir-birlərinə daş atmağa başladılar", - deyə xidmətdən bildirilib.

Toqquşmaların sərhəd xidmətləri, hüquq-mühafizə orqanları və iki ölkənin regional administrasiyaları rəhbərlərinin müdaxiləsindən sonra dayandırıldığı bildirilir.

Qırğızıstan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, qarşıdurmaya səbəb Qırğızıstan vətəndaşının taciklər tərəfindən döyülməsi ərəfəsində baş verən hadisə olub.

Daha əvvəl Qırğızıstan və Tacikistan sərhədində atışma baş verdiyi bildirilmişdi.ğ

Teleqraf.com

Fransada təqaüd islahatları əleyhinə nümayişlərdə 615 min nəfər iştirak edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31